Modern.az

Xaçmazda "BMW" çaya düşdü - 3 nəfər ÖLDÜ 

Xaçmazda "BMW" çaya düşdü - 3 nəfər ÖLDÜ 

Hadisə

6 Noyabr 2024, 08:14

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində "BMW" markalı avtomobil yoldan çıxaraq Ağçay çayına düşüb.

 

Modern.az-ın məlumatına görə, hadisə nəticəsində 3 nəfər həyatını itirib.

 

Sürücü 33 yaşlı Vüsal Bayramov və sərnişini 41 yaşlı Samir Mənsumov hadisə yerində ölüblər.

 

Sərnişin Anar Məmmədovun meyiti isə qəzaya uğrayan avtomobildən kənarda aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat