Modern.az

Göyçayda dəhşətli qəza

Göyçayda dəhşətli qəza

Hadisə

10 Noyabr 2024, 08:59

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Göyçay-Ucar avtomobil yolunun Göyçayın Mallı-Şıxlı kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə Sabir Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Fərid Seyidovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi