Modern.az

21 yaşlı oğlan bıçaqlandı, yeniyetmə saxlanıldı

21 yaşlı oğlan bıçaqlandı, yeniyetmə saxlanıldı

12 Noyabr 2024, 09:36

Qax rayonunda bıçaqlanma hadisəsi olub.

 

Modern.az xəbər verir ki, 15 yaşlı E.M. 2003-cü il təvəllüdlü Yusif Danyelə kəsici alətlə xəsarət yetirib.

 

Hadisənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baş verdiyi bildirilir.

 

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan qeyd edilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. (qafqazinfo) 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat