Modern.az

Bakı-Qazax yolunda 4 maşın toqquşdu - YARALILAR VAR (VİDEO)

Bakı-Qazax yolunda 4 maşın toqquşdu - YARALILAR VAR (VİDEO)

Hadisə

25 Noyabr 2024, 21:05

Bakı-Qazax yolunda zəncirvari qəza olub, xəsarət alanlar var.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobus, "Toyota", "Fiat" və "Opel" markalı minik avtomobilləri toqquşub.

 

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb, onlar 43 yaşlı Bayramova Fərqanə Lətif qızı, 34 yaşlı Qurbanova Türkanə Səfi qızı, 36 yaşlı Daşdəmirova Ramilə Əli qızı, 68 yaşlı Rüstəmov Arif Lətif oğlu və 54 yaşlı Məmmədova Qərənfil Lətif qızıdır.

 

Qeyd edək ki, zəncirvari qəza nəticəsində xəsarət alanlar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat