Modern.az

Üzərinə darvaza düşən kişi ÖLDÜ - YENİLƏNİB

Üzərinə darvaza düşən kişi ÖLDÜ - YENİLƏNİB

Hadisə

17 Dekabr 2024, 18:40

Ağsu rayonunda üzərinə darvaza aşan 52 yaşlı kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

 

Bu barədə Modern.az-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

 

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 17-də saat 13:30-də Ağsu rayonu, Badam bağı ərazisindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1971-ci il təvəllüdlü şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb" , - deyə məlumatda bildirilir..

***

16:57

Ağsu rayonunda bədbəxt hadisə baş verib.

Modern.az xəbər verir ki, 1971-ci il təvəllüdlü rayon sakini Kərimov Nazim Lazım oğlunun üzərinə darvaza aşıb.

O, hadisə yerində ölüb.

İlkin məlumata görə, darvazanın aşmasına səbəb küləkli hava şəraiti olub.

Fakt araşdırılır. (Report.az)

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə