Modern.az

Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür - VİDEO

Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür - VİDEO

Hadisə

8 Oktyabr 2025, 18:44

“Bakı Metropoliteni” sərnişinlər üçün yeni informasiya sistemini istifadəyə verib.

Modern.az-ın məlumatına görə, bəzi stansiyalarda qatarın nə zaman gələcəyi tabloda əks olunur.

Əvvəllər mövcud sistemdə yalnız qatarın nə zaman stansiyadan çıxdığı göstərilirdi. Yeni tablolar isə bu ənənəni dəyişərək sərnişinlərə qatarın yaxınlaşma vaxtını izləmək imkanı yaradır.

Layihə “Bakı Metropoliteni” tərəfindən pilot mərhələdə həyata keçirilib və artıq bir neçə stansiyada sınaqdan uğurla keçirilib. Sistem gələcəkdə bütün metro stansiyalarında mərhələli şəkildə tətbiq olunacaq.

Bakı metrosundan sorğumuza cavab olaraq bildirilib ki, hazırda interval göstəriciləri ilə bağlı test rejimində bir sıra işlər aparılır. Yeniliklər tətbiq olunacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan VƏHŞİLİK - Azərbaycanlılar Moskva hava limanında saxlanıldı