Modern.az

Yol bağlandı - Hamilə qadın maşında körpə dünyaya gətirdi

Yol bağlandı - Hamilə qadın maşında körpə dünyaya gətirdi

Hadisə

23 Oktyabr 2025, 13:36

Xaçmaz rayonunda xəstəxanaya gedərkən avtomobildə dünyaya gələn körpə ölüb.

Modern.az xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğuş üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən, yolda dəmir yolu keçidinin təmir səbəbindən bağlanması nəticəsində körpə atomobildə dünyaya gəlib.

Sonradan ana və körpəsi Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, körpə ölüb.

Ana X.A. həkim nəzarətinə götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır. (Mənbə APA)

Whatsapp
Bizə yazın!
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?