Modern.az

Şəmkirdə 7 nəfər dönərdən zəhərlənib

Şəmkirdə 7 nəfər dönərdən zəhərlənib

Hadisə

10 Noyabr 2025, 11:11

Şəmkir şəhərində 7 nəfər dönərdən zəhərlənib.

Modern.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə ötən gün şəhərin ərazisində yerləşən “Mersin” dönərxanasında baş verib.

Belə ki, şəhər sakinləri 1994-cü il təvəllüdlü Nəsib Eldəniz oğlu Zeynalov, oğlu 2020-ci il təvəllüdlü Emin, qızı 2023-cü il təvəllüdlü Nazlı, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Elçin qızı Kazımova, qızı 2014-cü il təvəllüdlü Damla və oğlu 2015-ci il təvəllüdlü Toğrulla birgə dönərdən zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Noyabrın 9-u saat 01:00 radələrində isə Şəmkir şəhərinin ərazisində yerləşən “Mahmud” dönərxanasından Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Ruslan Hacıbəy oğlu Eyniyev dönərdən zəhərlənmə ilə xəstəxanaya gətirilib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var