Gədəbəy rayonunda qətl törədilib.
Modern.az xəbər verir ki, noyabrın 15-i saat 22 radələrində Slavyanka kəndindəki evdə 1988-ci il təvəllüdlü Rəşad İlyasov bıçaqlanıb.
Kürək nahiyəsindən ağır xəsarət alan şəxs vəfat edib.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun atası 1966-cı il təvəllüdlü İlqar Ləzim oğlu İlyasov polis əməkdaşları tərəfindən tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.