Modern.az

Silahlılar 24 məktəbli qızı qaçırıblar

Silahlılar 24 məktəbli qızı qaçırıblar

Hadisə

19 Noyabr 2025, 13:48

Nigeriyanın şimal-qərbindəki yataqxanadan 24 məktəbli qız qaçıırılıb.

Modern.az xəbər verir ki, Associated Press agentliyinin məlumatına görə, həmin qızlardan biri silahlıların əlindən qurtularaq xilas ola bilib. Bu barədə qızların oxuduğu məktəbin məktəb direktoru bildirib.

Qızlar bazar ertəsi günü səhər tezdən Kebbi əyalətinin Maqa şəhərindəki Hökumət Qızlar Orta Məktəbinin yataqxanasına silahlı şəxslər hücum nəticəsində qaçırılıb.

Yerli polis bildirib ki, silahlı şəxslər məktəb ərazisinə hücum edərək, mühafizəçilərdən birini öldürüblər.

Heç bir qrup qızların qaçırılmasına görə məsuliyyəti öz üzərinə götürməyib, lakin analitiklər və yerli sakinlər dəstələrin tez-tez məktəbləri, səyahətçiləri və ucqar kəndliləri fidyə üçün hədəf aldığını deyirlər.

Hakimiyyət orqanları quldurların əsasən resurs çatışmazlığı ilə bağlı toqquşmalardan sonra əkinçilik icmalarına qarşı çıxan keçmiş çobanlar olduğunu iddia edirlər.

Məktəb şagirdlərinin kütləvi qaçırılması xüsusilə Nigeriyanın şimalında geniş yayılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu