Modern.az

Ağcabədidə dəhşətli qəza - 2 əmioğlu öldü

Ağcabədidə dəhşətli qəza - 2 əmioğlu öldü

Hadisə

20 Noyabr 2025, 19:18

Ağcabədidə baş verən qəza zamanı 2 əmioğlu ölüb bir nəfər ağır xəsarət alıb. 

 

Modern.az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayon Qaradolaq kəndi ərazisindən keçən hissəsində baş verib. 

 

Belə ki, hərəkətdə olan "GAZ"el markalı yük maşını "VAZ" 21015 markalı avtomobillə toqquşub.

 

Qəza zamanı "VAZ"ın sürücüsü 1984-cü il təvəllüdlü Vəliyev Orxan hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər O.Vəliyevin həyat yoldaşı Vəliyeva Türkan və əmisi oğlu 1972-ci il təvəllüdlü Vəliyev Elsevər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  

 

E.Vəliyev əməliyyat olunsa da, əməliyyatdan sonra xəstəxanada vəfat edib. Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi xəstəxanada davam etdirilir. 

 

Faktla bağlı araşdırma başlanıb. (Mənbə: unikal)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə