Modern.az

“Tok” vurub öldürən ofisiantların adları - Ən gəncinin 18 yaşı var...

“Tok” vurub öldürən ofisiantların adları - Ən gəncinin 18 yaşı var...

Hadisə

21 Noyabr 2025, 14:24

Bakıda restoran yaxınlığında elektrik cərəyanı vurması nəticəsində vəfat edən 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Modern.az xəbər verir ki, bunlar Cəmil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyevdir (2006).

Qeyd edək ki, hadisə bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.

***

13:24

Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.

Modern.az xəbər verir ki, Binəqədi şosesində yerləşən “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.

“Azərişıq” ASC-dən bildirilib ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: “Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. (Mənbə: qafqazinfo)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə