Ulduzlar və rəqəmlər “Napoli”-“Qarabağ” oyunu haqda nə deyir?
Keçən yazımda (“Qarabağ” – “Çelsi” oyunu haqda) irəli sürdüyüm fikirlər oxucular tərəfindən birmənalı qarşılanmadı. Hesab cəhətdən bildirdiyim ilk ssenari – bərabərlik kiçik xəta ilə (1-1 əvəzinə 2-2) həyata keçdi. Hətta son dəqiqələrdə oyun nəticəsi birinci ssenaridən ani olaraq sürpriz ssenariyə keçə bilərdi (3-2 “Qarabağ”ın xeyrinə). Onu da bildirim ki təhlil zamanı oyunda 11 metrlik cərimə zərbəsinin ola biləcəyi ehtimalını da müəyyən edə bilmişdim, lakin ehtimal az olduğu üçün bunu sizlərlə bölüşmədim.
Bugünki oyunda da ola biləcək mümkün hadisələri qələmə almışam.
Bildiyiniz kimi, “Napoli” – “Qarabağ” oyunu bu gün 25.11.2025-ci ildə İtaliya vaxtı ilə saat 21.00-da Neapolda başlayacaq. Oyunun təhlilini bir neçə astroloji sistemə uyğun aparanda bir-birinə zidd olan nəticələr əldə etdiyimdən təkrar geri dönərək, bəzi hesablamaları nəzərdən keçirib bir neçəsini çıxdaş etməli oldum. Nəticələri sizə təqdim edərkən yenə də xatırladıram, burda sizin nəzərinizə çatdırılan fikirlər müəyyən sistemin, təcrübənin məhsuludur, buna görə mütləq doğru olacaq deyə qənaətə gəlməyin. Hesabı müəyyən edən komandaların hazırlığı, oyunçuların qərarlılığı, motivasiyasıdır.
Son olaraq, “Napoli” – “Qarabağ” oyununun təhlilini sizin ixtiyarınıza verirəm.
“Napoli” – “Qarabağ” oyununun numeroloji təhlili
Oyunun keçirilmə tarixinin rəqəmi 9 (2+5+1+1+2+0+2+5=18, 1+8=9) Mars planetinin himayəsində olub güclü iradə, liderlik, aktivlik, qətiyyət, cəsarət, döyüşkənlik, impulsivlik, hücum və qəzəb ifadə edir. Bu o deməkdir ki, həyəcanlı, mübarizəli və enerjili oyun gözlənilir, tərəflər bir-birinə asanlıqla güzəştə getməyəcəklər.
Oyunun saatında (21.00) əks olunan üç rəqəm Yupiterin himayəsindədir, Yupiter şansı, uğuru və genişlənməni təmsil edir. Bu enerji ümumilikdə qollara və cəsarətli hücumlara dəstək verə bilər.
Oyunun keçirilmə tarixi rəqəmi eyni zamanda “Napoli”nin yaranma tarixi ilə eyni olduğuna görə 9 rəqəmi ev sahibi komandaya əlavə Mars enerjisi - aqressivlik və mübarizə enerjisi verə bilər.
“Qarabağ”ın yaranma tarixinə görə, 1 rəqəmi (23.07.1951) onun liderlik və parlama istəyini vurğulayır. Bu da o deməkdir ki, “Qarabağ”dan meydanda məşqçi strategiyasına sadiqlik, gözlənilməz anlar və fərdi ustalıq görəcəyik.
Numeroloji təhlili yekunlaşdırsaq, 9 rəqəmi deyir ki, oyunun nəticəsi həlledici, bərabərlik ola bilər və ya dramatik qələbə ehtimalı yüksəkdir. Oyun saatının (3) Yupiter enerjisi Marsın yaratdığı gərginliyi yumşaldır və qol imkanları, geniş hücumlara, yaradıcılığa, hücum oyununa şərait yaradır. Hər iki tərəfə qol və şans gətirir, heç-heçə və ya qollu oyun ehtimalını artırır.
Astroloji təhlil
Oyun günündə Günəş Oxatan bürcündə, Ay Oğlaqda, Mars Xərçəngdədir.
Oxatan azadlıq, cəsarət, optimistlik, geniş hədəflər və uzaqgörənliyi təmsil edir ki, taktiki oyundan çox açıq, hücum yönümlü futbol deməkdir. Bu, “Napoli”nin Şir cəsarətini (yaranma gününə bürcü) və dominantlığını artırır ki, ev sahibinin oyunun böyük hissəsində üstünlüyü ələ alacağını göstərir. “Qarabağ”da isə (məşqçinin) liderlik qabiliyyəti bu gərgin oyunda sınaqdan keçiriləcək.
Ayın Oğlaq bürcündə olması strukturu, qaydaları, intizamı və uzunmüddətli hədəfləri təmsil edir. Bu, komandaların nizam-intizamlı müdafiə xətlərinə daha çox riayət edəcəyini göstərir. Nəticə etibarı ilə komandaların, riskli gedişlərdən qaçmağa və praktik nəticə (məsələn, ən azı bir xal qazanmaq) əldə etməyə fokuslanmağa səbəb ola bilər.
Mars Xərçəngdə zəif vəziyyətdə yerləşdiyinə görə ev sahibi emosional oynaya bilər, amma qonaq komandanın əks-hücumlarla təhlükəli olacağını göstərir.
Hər iki komanda da ciddi müdafiə intizamı ilə oynayacaq, ümumilikdə gərgin, amma gözəl futbol gözlənilir.
Qarşıdurmada balanslı oyun və nəticə ehtimalı daha yüksəkdir, hakim qərarları önəmli olacaq.
“Qarabağ” səbirli oynasa, taktiki oyuna üstünlük versə, uğur qazana bilər.
Vedik astrologiyasına əsasən, günün idarəedici nakşatrası (Uttara Ashadha-Günəş tərəfindən idarə olunur, “sonrakı qələbə” mənasına gəlir) qətiyyət, liderlik, son dəqiqə qolları vəd edir, eyni zamanda bu qonaq komandaya “məğlubedilməz” aura verir – xüsusilə müdafiədə.
“Qarabağ”ın Mars enerjisi Uttara Ashadha ilə uyğun gəlir, inadkar mübarizə, penalti/qurtarış möcüzələri ehtimalı var.
Çin astrologiyasına görə, “Qarabağ” Metal Qoyun ilində (1951) yarandığı üçün, Metal onu Yaşıl Əjdahaya qarşı (2025) qoruyur. Qonaq statusu “Qarabağ”a “səfər qoruyucusu” enerjisi verir ki, sürpriz xal şansı yüksəkdir.
Yekun nəticə
1. Oyun çox balanslı və dramatik görünür. “Napoli2 ev üstünlüyü ilə emosional güc qazanar, “Qarabağ” isə taktiki səbir və dözümlülüklə nəticəni son anda dəyişə bilər.
2. “Napoli” ev üstünlüyü və Mars enerjisi ilə favoritdir (65-75%). Amma Ay Oğlaqda qonağa müdafiə möcüzəsi verə bilər (1:1 sürpriz hesabı mümkündür).
3. “Napoli” üstündür, amma 7 rəqəminin təsiri ilə (1951 - “Qarabağ”ın yaranma ili) “Qarabağ” “görünməz qüvvə” ilə müqavimət göstərəcək.
4. “Napoli”nin 1 və ya 2 qol fərqi ilə qələbəsi gözlənilir, lakin "Qarabağ"ın mütləq qol vurması ehtimalı yüksəkdir.
5. “Qarabağ”ın qəfil sürpriz ehtimalı yüksək olub qapıçının möcüzəvi performansı, penalti qurtarışı ehtimalı var.
6. Marsın yaratdığı gərginlik nəticəsində “Napoli” qol vura bilmədiyi üçün emosionallığın təsiri ilə sarı (qırmızı) kartlar görmə ehtimalı yüksəkdir.
7. “Qarabağ”ın şansı az olsa da, taktiki səbir və son dəqiqə gücü ilə oyunu dəyişə bilər. Son dəqiqə qolu ehtimalı da var.
Hesab təxmini
1. Mümkün ssenari (Qərb astrolojgiyası+ numerologiya): “Napoli” favoritdir (70-75%), 2:0, 3:1 və ya 2:1.
2. Daha az ehtimallı, alternativ ssenari: Bərabərlik (10%) 2:2 / 1:1 hesabları.
3. Sürpriz ssenari (Şərq astrolojgiyası + Lal Kitab + Çin): “Qarabağ” möcüzəvi müdafiə göstərəcək, heç-heçə (1:1, 0:0) və ya sürpriz xal (0:1) çox güclü ehtimal olunur.
Təhlilini apardığım bir çox ezoterik sistemlər böyük üstünlüklə “Napoli”ni favorit hesab edirlər.
“Köhlən atlar”a inanırıq, amma realist olaq, onlara “Neaplda çətin olacaq.
Möcüzələrə hazır olun!
Müəllif: Səyavuş