Modern.az

Zaqatalada ağır qəza - ÖLƏN VAR

Zaqatalada ağır qəza - ÖLƏN VAR

Hadisə

10 Yanvar 2026, 20:35

Zaqatala-Qax avtomobil yolunda 1 nəfərin ölümü, 1-nin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, Zaqatala rayonunun Yeni Suvagil kəndi ərazisində “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

İlkin məlumatlara görə, qəza havanın dumanlı olması səbəbindən baş verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranı BOMBARDMAN EDİR - Yüzlərlə ölü var