Modern.az

"20 Yanvar"da maşın alışdı

"20 Yanvar"da maşın alışdı

Hadisə

13 Yanvar 2026, 22:34

Yasamal rayonu, Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin birində yanğın hadisəsi baş verib.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hadisə səbəbindən "20 Yanvar" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Whatsapp
Bizə yazın!
Keçid et
Kürd silahlıları güneyə girdi - İsrail və ABŞ-dən dəstək gəldi