Modern.az

Direktorun ölkədən çıxışına qadağa qoyuldu

Direktorun ölkədən çıxışına qadağa qoyuldu

Hadisə

11 Fevral 2026, 23:35

"Best Model of Azərbaycan"ın direktoru Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırılıb.

Modern.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Pərviz Zamanlı qətnamə çıxarıb.

İş materiallarından məlum olur ki, "Best Model of Azerbaijan" MMC-nin, "Miss and Mister Grand" MMC-nin və Elxan Paşayevin rəhbərlik etdiyi başqa bir şirkətin (adını dəqiqləşdirmək mümkün olmayıb) dövlət büdcəsinə borcu olub.

Borc vaxtında ödənilmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutaraq borc ödənilənədək Elxan Paşayevin ölkədən çıxışına "stop" qoyulmasını istəyib. Məhkəmə də ərizəni təmin edib. (Bakupost)

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Bakını müharibə ilə hədələdi