Modern.az

Elektrik naqilləri ailənin gəlir mənbəyini külə çevirdi: Gəncədə bədbəxt hadisə

Elektrik naqilləri ailənin gəlir mənbəyini külə çevirdi: Gəncədə bədbəxt hadisə

Hadisə

15 Fevral 2026, 02:47

Gəncədə ev quşlarının saxlanıldığı tikilidə qəfil yanğın baş verib, nəticədə onlarla canlı tələf olub.

Modern.az xəbər verir ki, hadisə Gəncə şəhərinin Gülüstan qəsəbəsində məskunlaşan kəlbəcərli məcburi köçkünün təsərrüfatında qeydə alınıb. Təsərrüfat sahibi bildirib ki, məhv olan quşlar arasında hər birinin qiyməti 300-400 manat civarında olan cins toyuqlar da var.

İlkin ehtimala görə, qəfil başlayan yanğına elektrik xətlərində yaranmış nasazlıq səbəb olub.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasının qarşısını alıblar. Hazırda yanğının dəqiq səbəbləri araşdırılır. (Xəzər TV)

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?