Modern.az

46 yaşlı kişinin üzərinə spirt töküb yandırdılar

46 yaşlı kişinin üzərinə spirt töküb yandırdılar

Hadisə

15 Fevral 2026, 20:37

Mingəçevir sakininə xəsarət yetirilib.

Modern.az xəbər verir ki, hadisə şəhərin bağlar yaşayış massivində qeydə alınıb.

Mübahisə zamanı bir nəfər qarşı tərəfin üzərinə spirt tökərək onu yandırıb.

Nəticədə 1980-ci il təvəllüdlü Zaur Nəbiyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onun üzərinə psixi problemləri olan şəxs tərəfindən spirt tökülərək yandırılması məlum olub. Polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. (Qafqazinfo)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!