Gəncədə çərşənbə tonqalına yıxılan yeniyetmə yanıq xəsarətləri alıb.
Modern.az xəbər verir ki, Gəncə şəhər ərazisində 15 yaşlı T.Şükürov çərşənbə tonqalının üzərindən tullanmaq istəyən zaman ehtiyatsızlıqdan ocağa yıxılıb.
Nəticədə o, yanıq xəsarətləri alıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. (Report)