Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb.
Modern.az xəbər verir ki, hadisə Xırdalandakı “Kristal Abşeron” kompleksində baş verib. Saat 02 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb.
O, ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)