Modern.az

Azərbaycanda güclü ZƏLZƏLƏ oldu

Azərbaycanda güclü ZƏLZƏLƏ oldu

Hadisə

Bu gün, 16:04

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 27.02.2026-cı il tarixində yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə Modern.az-a FHN-dən məlumat verilib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***

16:04

Şamaxıda 5 bal gücündə zəlzələ olub.

Bu barədə Modern.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumata görə, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

***

Azərbaycanda zəlzələ olub.

Bu barədə Modern.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, zəlzələ yerli vaxtla 15:52-də Şamaxıda baş verib.

13 km dərinlikdə baş verən zəlzələnin maqnitudası isə 4,7-dir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var