Tikinti işləri üçün quraşdırdıqları dəmir bəndlərin pulunu ala bilmirlər.
Modern.Az xəbər verir ki, sahibkar Murad İsfəndiyarov iddia edir ki, binaların ətrafına quraşdırdığı dəmir bəndləri icarəyə verib, lakin 8 aydır ödənişi ala bilmir.
Onun sözlərinə görə, müqavilə bağladığı "Gala Group" MMC işləri yerinə yetirməsinə baxmayaraq 60 min manatdan çox borcunu hələ ödəməyib.
Murad İsfəndiyarovun sözlərinə görə, işlərin təhvili ilə bağlı bütün aktlar imzalanıb və təsdiqlənib, amma şirkət hələ də ödənişi həyata keçirməyib. Hər dəfə danışıqlar aparılsa da, yalnız vədlər verilib, pullar ödənməyib.
Məsələdə adı hallanan şirkətlə telefonla əlaqəs saxladıq. Məsələnin təfərrüatlarını öyrənmək istəsək də bizə bu mövzu ilə bağlı hər hansı bir açıqlama vermək istəmədiklərini bildirdilər. (Xəzər TV)