Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 678 nəfər Kəlbəcər rayonu, o cümlədən Murovdağ sisiləsi ərazisində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
Qeyd edilib ki, Kəlbəcər rayonu, o cümlədən Murovdağ sisiləsi ərazisində itkin düşmüş 678 nəfərdən 500 nəfəri hərbçi, 178 nəfəri mülki şəxslərdir.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsi dövründə - 1993-cü ilin sonları – 1994-cü ilin əvvələrində
Azərbaycan Ordusunun hərb tariximizə “Murovdağ əməliyyatı” kimi düşən döyüşü uğursuzluqla nəticələnmişdi. Bu əməliyyatda çox sayda əsgər və zabitimiz şəhid olmuş, itkin düşmüşdü.