Modern.az

Molla rejiminin riyakar siyasətinə son qoyulmalıdır! - Komitə sədri

Molla rejiminin riyakar siyasətinə son qoyulmalıdır! - Komitə sədri

Hadisə

Bu gün, 15:12

"İranın molla rejiminin Naxçıvana dron hücumunu qətiyyətlə pisləyirəm!"

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İranın Naxçıvana dron hücumuna münasibət bildirərkən deyib.

Komitə sədri daha sonra bildirib:


"Bu çürük qafaların yeritdiyi siyasəti hiddətlə qınayıram! Bu hərəkət nə qonşuluğa, nə müsəlmançılığa, nə insanlığa sığmır! Yenə də bir azdan sonra başlayacaqlar ikiüzlülüyə, riyakirlığa ki, təsadüfən olub, yanlış olub. Biz iran mollalarının belə " yanlışlarıni" kifayət qədər görmüşük! Belə bir qonşusunun olmasını heç kim arzu etməz!

Bu rejimin sonu gəlib çatıb! 

İran demikratikıəşməlidir, sivil, hüquqi dövlət yaranmalıdır. 

İrandakı soydaşlarımız molla rejiminə yox deməlidirlər. 

Gələcək sivil, ədalətli, azad, mədəni və elmli cəmiyyət qurmaları üçün hərəkətə keçməlidirlər!

İranın bölgə üçün təhlükə mənbəyi olaraq qalmasına yol vermək olmaz!

Mollabaşlar əmmamələrini qabaqlarına qoyub fikirləşsinlər ki, Azərbaycanla düşmənçılik etmək onların məhvini tezləşdirəcək bir siyasətdir. Bəli, onlar gedəcək, lakin xalq qalacaq. O xalq ki, yarıdan çoxu bizim qan qardaşlarımızdır! 

Azərbaycan dövləti öz xalqını və  təhlükəsizliyini qorumağa qadirdir və bunun üçün lazım olan tədbirləri görməyə hazırdır!"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Naxçıvanı vurdu - Gündəm Masada