Modern.az

Müğənni qəzada öldü

Müğənni qəzada öldü

Hadisə

Bu gün, 10:00

Bakı-Quba yolunda yük avtomobilinin vuraraq öldürdüyü şəxs müğənni Kamil Sərməsovdur.

Modern.az xəbər verir ki, Baş DYP İdarəsinin inspektoru polis kapitanı Elvin Hacıyevin verdiyi məlumata görə, Saray qəsəbəsi ərazisində Daşkəsən rayon sakini 1979-cu il təvəllüdlü Sabir Əhməd oğlu Səmədovun idarə etdiyi "MAN" markalı 60 AC 426 nömrəli yük avtomobili ilə "Lexus"markalı 77 GE 211 nömrəli abtomobil və yanında dayanmış sürücüsü, 1983-ci il təvəllüdlü Kamil Əlövsət oğlu Sərməsovu vurub.

Hadisə nəticəsində Kamil Sərməsov yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.("Report")

Sizə yeni x var
Keçid et
Üçüncü dünya müharibəsi başladı - Azərbaycan da qoşulur? - Xəbəriniz Var?