Modern.az

\"Sumqayıt\" öz meydanında qələbə qazandı 

\

31 Mart 2024, 20:32

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, son oyun günündə "Sumqayıt" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəliblər. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda yeganə qolu 7-ci dəqiqədə penaltidən Kazimir Ninqa vurub.

 

Turun digər oyunlarında “Neftçi” "Qəbələ”yə 1:0, “Qarabağ” “Kəpəz”ə 6:1, "Zirə" "Sabah"a 1:0 qalib gəlib. "Səbail" - "Turan Tovuz" matçı isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Qeyd edək ki, turnir cədvəlinə 69 xalla 11-ci çempionluğunu rəsmiləşdirən "Qarabağ" başçılıq edir. "Neftçi" 43 xalla ikinci, 42 xallı "Zirə" və "Sumqayıt" komandaları isə üçüncü və dördüncü yerləri bölüşürlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə