Modern.az

"Liverpul" liderliyi əldən verdi

İdman

7 Aprel 2024, 22:05

Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun mərkəzi qarşılaşması keçirilib.

 

Modern.az xəbər verir ki, “Mançester Yunayted” öz meydanında turnir cədvəlinin lideri “Liverpul”la qarşılaşıb.

 

Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Bruno Fernandeş və Mayno fərqləniblər. Qonaqların qollarına isə Diaz və Salah imza atıblar.

 

Beləliklə, 31 turdan sonra hesabında 71 xal olan Liverpul ikinci pilləyə enib. Onunla eyni xal toplayan “Arsenal” isə zirvəni ələ keçirib. Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Mançester Siti”nin hesabında 70 xal var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə