Modern.az

\"Mançester Siti\"dən darmadağın 

\

13 Aprel 2024, 23:45

İngiltərə Premyer Liqasında 32-ci tura start verilib.

 

Modern.az xəbər verir ki, bu gün Mançester şəhərinin hər iki təmsilçisi oyunlarını keçirib.

 

Əvvəlcə "Mançester Siti" doğma meydanda "Luton"la qarşılaşıb. Görüş "şəhərlilər"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Mançester Yunayted" isə evdə "Bournmut"la qollu heç-heçə edib - 2:2.

 

Günün digər oyunlarında "Nyukasl" "Tottenhem"i 4:0, "Brentford" "Şeffild Yunayted"i 2:0 hesabı ilə məğlub edib. "Börnli" - "Brayton" (1:1) və "Nottingem Forest" - "Vulverhempton" (2:2) matçları isə bərabərliklə başa çatıb.

 

Qeyd edək ki, turnir cədvəlinə 73 xalla "Mançester Siti" başçılıq edir. Eyni xala malik (71 xal) "Arsenal" ilə "Liverpul" komandaları isə ikinci və üçüncü pillələri bölüşürlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə