Modern.az

Güləşçimiz Avropa çempionu oldu 

Güləşçimiz Avropa çempionu oldu 

İdman

21 May 2024, 19:10

Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda moldovalı Vitali Yeriomenkoya 3:2 hesabı ilə qalib gəlib.

 

55 kiloqramda yarışan Rəşad Məmmədov isə ukraynalı İvan Stefanskini 7:0 hesabı ilə məğlub edərək qitə üçüncüsü olub.

 

Bu gün Xasay Həsənli (77 kiloqram) final, Laçın Vəliyev (87 kiloqram) isə bürünc medal görüşünə çıxacaq.

 

Nihad Quluzadə (60 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) isə sabah finalda mübarizə aparacaqlar.

 

Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə