Modern.az

Daha 2 cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Daha 2 cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

İdman

22 May 2024, 10:44

Bu gün Azərbaycanın daha iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

 

Modern.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev və Vüqar Talıbov tatamiyə çıxacaqlar.

 

İlk görüşlər Bakı vaxtı ilə saat 11:00-da, final qarşılaşmaları isə saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda Hidayət Heydərov (73 kiloqram) qızıl medala sahib çıxıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə