Modern.az

İdmançımız Avropa çempionatında medal qazandı 

İdmançımız Avropa çempionatında medal qazandı 

31 May 2024, 21:39

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

 

Modern.az xəbər verir ki, o, medalı 25 metr məsafədən standart tapançadan atəşaçma üzrə yarışda əldə edib.

 

İdmançı, ümumilikdə, 570 xal toplayaraq üçüncü yerdə qərarlaşıb.

 

Avropa çempionatına iyunun 8-də yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə