Modern.az

Sərbəst güləşçimiz finala vəsiqə qazandı

Sərbəst güləşçimiz finala vəsiqə qazandı

İdman

6 İyun 2024, 14:30

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində finala yüksəlib.

 

Modern.az xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Rızabek Aitmuxanla qarşılaşıb. Rəqibinə 15:7 hesabı ilə qalib gələn M.Maqomedov adını finala yazdırıb.

 

O, qızıl medal uğrunda görüşdə Qazaxıstanın digər təmsilçisi Alışer Yerqalı ilə üz-üzə gələcək.

 

Əliabbas Rzazadə (57 kiloqram) və Hacı Əliyev (65 kiloqram) yarımfinalda, Giorgi Meşvildişvili (125 kiloqram) isə 1/4 finalda mübarizəni dayandırıb.

 

Qeyd edək ki, Azərbaycan millisi iyunun 9-dək davam edəcək reytinq turnirində 14 güləşçi ilə təmsil olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat