Modern.az

Millimiz qrup lideri kimi yarımfinalda

Millimiz qrup lideri kimi yarımfinalda

9 İyun 2024, 15:15

Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində ikinci oyununa çıxıb.

 

Modern.az-ın məlumatına görə, yığma Lüksemburq seçməsi ilə üz-üzə gəlib.

 

Komandamız rəqibini 21:8 hesabı ilə məğlub edərək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Yığma daha əvvəl Maltadan üstün olub - 17:14

 

Qeyd edək ki, yığma daha əvvəl Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat