Modern.az

Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat aldı

Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat aldı

İdman

8 İyul 2024, 11:38

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

 

Modern.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, həmyerlimiz 18 yaşadək (U-18) oğlanların Avropa çempionatının final mərhələsinin matçlarını idarə edəcək.

 

Qeyd edək ki, yarış iyulun 10-21-i aralığında Bolqarıstanın Sofiya və Plovdiv şəhərlərində keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat