Modern.az

"Gələcəkdə Olimpiya çempionu olmağa çalışacağam"

"Gələcəkdə Olimpiya çempionu olmağa çalışacağam"

İdman

13 Avqust 2024, 09:32

"Vətənə medalla qayıtdığım üçün sevincliyəm. Təəssüf ki, qızıl medal olmadı. Daha yaxşı hazırlaşıb növbəti olimpiadalarda çempion olmağa çalışacağam".

 

Modern.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

 

67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yeri tutmasının Allahın qisməti olduğunu bildirib: "Belə məsləhət imiş. Şükürlər olsun ki, medalsız qalmadım. Gələcəkdə daha yaxşı olacaq".

 

Güləşçilərin ümumi çıxışını da dəyərləndirən H.Cəfərov açılışı yaxşı etmədiklərini vurğulayıb: "Bu da komanda yoldaşlarıma mənfi təsir etdi. Yunan-Roma güləşində yeganə medalı son gündə mən qazandım. Olimpiya Oyunları ən nüfuzlu yarış sayılır. Amma şəxsən məndə heç bir stress olmadı".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat