Modern.az

“Real Madrid” onunla yollarını ayırdı 

“Real Madrid” onunla yollarını ayırdı 

İdman

15 Avqust 2024, 22:18

İspaniyanın “Real Madrid” komandası futbolçusu Yuanmi Latasa ilə yollarını ayırıb.

 

Modern.az xəbər verir ki, Madrid təmsilçisi 23 yaşlı hücumçunu "Real Valyadolid" klubuna satıb.

 

İspaniyalı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Yuanmi Latasa ötən iki mövsümü “Xetafe”də icarə əsasında keçirib. Forvard bu müddət ərzində 57 oyunda iştirak edib və 7 qol vurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat