Modern.az

Şahmatçılarımızın ilk qələbəsi

Şahmatçılarımızın ilk qələbəsi

İdman

11 Sentyabr 2024, 23:37

Bu gün Macarıstanın paytaxtı Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib.

 

Modern.az xəbər verir ki, birinci turda kişi şahmatçılardan ibarət Azərbaycan yığması İordaniyanı məğlub edib - 3,5:0,5. Aydın Süleymanlı, Nicat Abasov, Rauf Məmmədov qələbə qazanıb. Şəhriyar Məmmədyarov heç-heçə oynayıb.

 

Qadınlardan ibarət milli isə Nikaraqua komandasını üstələyib. Şahmatçılarımız açılış turunda maksimum nəticə ilə qələbə qazanıblar. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibi təslim olmağa məcbur edib.

 

Qeyd edək ki, Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?