Modern.az

“Neftçi” Anderssonla yollarını ayırdı

“Neftçi” Anderssonla yollarını ayırdı

İdman

18 Sentyabr 2024, 18:12

“Neftçi” klubu idman direktoru Yens Anderssonla yollarını ayırıb.

 

Modern.az xəbər verir ki, müqaviləyə isveçli funksionerin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub bu qərarın komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar olmadığını bildirib.

 

Yens Andersson ötən ilin sentyabrından “ağ-qaralar”da işləyirdi.

 

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?