Modern.az

Britaniyada Qurban Qurbanova qiymətli hədiyyə verildi - FOTO

Britaniyada Qurban Qurbanova qiymətli hədiyyə verildi - FOTO

İdman

26 Sentyabr 2024, 13:16

Britaniya Azərbaycanlıları Assosiasiyası “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanova Azərbaycan futbolunun dünyada tanıdılmasındakı müstəsna xidmətlərinə görə hədiyyə təqdim edib.

Modern.az xəbər verir ki, bu barədə adı çəkilən qurumdan bildkirilib.

Britaniya Azərbaycanlıları Assosiasiyası sədri Hafiz Baxşəliyev məşqçiyə Londonda yaşayan azərbaycanlı rəssam Gülnarə Abilovanın çəkdiyi rəsmi təqdim edib. Bu, Qurban Qurbanovun özünün portretidir.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsində çıxış edən “Qarabağ” klubu bu gün səfərdə ilk oyununa çıxacaq.

Komandamız Londonda “Tettenhem”in qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək.


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?