Modern.az

Millimiz Estoniyada məğlub oldu

Millimiz Estoniyada məğlub oldu

11 Oktyabr 2024, 22:47

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Tallində üz-üzə gələn Estoniya və Azərbaycan yığmaları arasında oyun başa çatıb.

 

Modern.az xəbər verir ki, “Lilleküla” stadionunda keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Estoniyanın heyətində qolları Yoan Yakovlyov, Vlasi Sinyavski və Rokko Şeyn vurublar. Azərbaycan millisində isə Toral Bayramov penaltidən fərqlənib.

 

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 14-də doğma meydanda Slovakiya yığması ilə qarşılaşacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?