Modern.az

Fatih Terimdən "Qarabağ" PAYLAŞIMI - FOTO

Fatih Terimdən "Qarabağ" PAYLAŞIMI - FOTO

18 Noyabr 2024, 19:43

"Qarabağ"ın dəvəti ilə Azərbaycanda səfərdə olmuş türkiyəli tanınmış mütəxəssis Fatih Terim Ağdam klubuna təşəkkür edib.

 

Modern.az xəbər verir ki, Türkiyə millisinin sabiq çalışdırıcısı bu barədə İnstaqram hesabında yazıb:

 

"Mehriban dəvətinə görə "Qarabağ" klubuna təşəkkür edirəm. Komandaya uğurlu mövsüm arzulayıram".

 

Xatırladaq ki, F.Terim Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə təşkil olunan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak etmək üçün Bakıya səfər etmişdi.

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat