Modern.az

Alpaqut üzrə Dünya Çempionatı bu şəhərdə keçiriləcək - AÇIQLAMA

Alpaqut üzrə Dünya Çempionatı bu şəhərdə keçiriləcək - AÇIQLAMA

İdman

19 Noyabr 2024, 17:22

“Dekabr ayının 5-dən 8-ə qədər Gürcüstanın Kutais şəhərində  Alpaqut döyüş sənəti üzrə 5-ci dünya kuboku keçiriləcək. Bununla əlaqədar olaraq texniki hazırklıqların hamısı başa çatıb”.

Bu barədə Modern.az-a müsahibəsində Alpaqut idman növünün qurucusu, Kutsan Vasif Namazov bildirib.

Onun sözlərinə görə, artıq bütün tələb olunan ölkələrdən sifarişlər alınıb, vizalar açılıb:

“20-dən çox ölkənin, 500-dən çox idmançının iştirak edəcəyi mötəbər bir yarış olacaq. Düşünürəm ki, biz bu yarışı ən yaxşı şəkildə həyata keçirəcəyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi