Modern.az

"Qarabağ" məğlub oldu - VİDEO (YENİLƏNİB)

"Qarabağ" məğlub oldu - VİDEO (YENİLƏNİB)

İdman

13 Dekabr 2024, 01:53

"Qarabağ" UEFA Avropa Liqasında İsveçin "Elfsborq" klubuna məğlub olub.

 

Modern.az ​​​​​​xəbər verir ki, Liqa mərhələsinin VI turuna təsadüf edən qarşılaşmada təmsilçimiz 0:1 hesabı ilə uduzub.

 

"Buros Arena"da baş tutan matçda yeganə qol 57-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Ahmed Kasem fərqlənib.

 

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu gələn il yanvarın 23-də Rumıniya təmsilçisi FCSB-a qarşı keçirəcək.

 

***

 

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ki, "Buros Arena"da keçirilən matçda meydan sahibləri hesabıda irəli çıxıblar - 1:0.

 

57-ci dəqiqədə Ahmed Kasem fərqlənib.

***

00:01

UEFA Avropa Liqasının VI turunda "Qarabağ" İsveçdə "Elfsborq"la qarşılaşır.

 

Modern.az xəbər verir ki, qarşılaşma Buros şəhərindəki "Buros Arena"da baş tutur.

 

***

 

22:57

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda baş tutacaq “Elfsborq” (İsveç) – "Qarabağ" matçından əvvəl komandaların start heyətləri məlum olub.

 

Modern.az xəbər verir ki, "Buros Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-də başlayacaq.

 

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

 

"Elfsborq": Pettersson, Buhari İbrahim, Holmen, Yeqbe, Halt, Hedund, Zeneli, Ouma, Ahmed Qasem, Maykl Baydu, Arber Zeneli

 

"Qarabağ": Mateuş Koxalski, Elvin Cəfərquliyev, Mateus Silva, Bədavi Hüseynov, Marko Veşoviç, Julio Romao, Yankoviç, Yassin Benzia, Abdullah Zubir, Aleksey Kaşuk, Juninyo.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat