Modern.az

Qalmaqallı idmançılar federasiyadan QOVULDULAR

Qalmaqallı idmançılar federasiyadan QOVULDULAR

İdman

7 Yanvar 2025, 17:50

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev qurum əməkdaşlarının iştirakı ilə baş vermiş xoşagəlməz hadisəyə dair qərarlar verib.

Modern.az-ın məlumatına görə, I vitse-prezident Ramal Aslanov tutduğu vəzifədən öz istəyi ilə azad edilib.

Bundan əlavə, Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunub.

Fuad Zeynalovun isə Azərbaycan Kikboksinq Federasiyasının nəzdində məşqçi fəaliyyətinə xitam verilib

Əvəzində Elşən Abdulrəhimov federasiyanın icraçı direktoru təyin edilib.

Qeyd edək ki, yanvarın 5-də Bakıda insident törədən idmançılar saxlanılıb, cinayət işi açılıb. Bu gün onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən, məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar. Daha sonra kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov insidentin sifarişini verən şəxs kimi saxlanılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat