Modern.az

AFFA rəsmiləri UEFA-dan təyinat aldılar

AFFA rəsmiləri UEFA-dan təyinat aldılar

İdman

4 Fevral 2025, 10:44

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva və qurumun Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva beynəlxalq təyinat alıblar.

Modern.az-ın məlumatına görə, onlar UEFA Gənclər Liqasının matçlarında iş başında olacaqlar.

K.Mehdiyeva fevralın 11-də gerçəkləşəcək "Dinamo" (Ukrayna) - "Atalanta" (İtaliya), Z.Ağayeva isə növbəti gün "Trabzonspor" (Türkiyə) - "Yuventus" (İtaliya) qarşılaşmasında UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, ilk oyun Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda, ikinci görüş isə Trabzonda oynanılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat