Modern.az

Güləşçimiz fransız rəqibini məğlub etdi 

Güləşçimiz fransız rəqibini məğlub etdi 

İdman

10 Mart 2025, 22:45

Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

 

Modern.az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Fransa idmançısı Raxim Maqamadova 9:2 hesabı ilə qalib gəlib.

 

74 kq çəkidə yarışan Ağanəzər Novruzov finalda rusiyalı İsmayıl Xaniyevə uduzaraq gümüş medalla kifayətlənib. Daha bir gümüş medalı isə Ceyhun Allahverdiyev (61 kq) aktivinə yazdırıb.

 

Sadiq Mustafazadə (92 kq) isə üçüncü yer uğrunda görüşdə qalib gələrək bürünc medala sahib çıxıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?