Modern.az

Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

İdman

12 Mart 2025, 21:59

Azərbaycanın daha bir qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Modern.az xəbər verir ki, təmsilçimiz finalda rusiyalı Yekaterina Karpuşkinaya (UWW) 3:0 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl qadın güləşçilərin mübarizəsində Günay Qurbanova (59 kq) qızıl medala sahib çıxıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?