Modern.az

Mourinyonun cəzası bəlli oldu

Mourinyonun cəzası bəlli oldu

5 Aprel 2025, 21:59

Joze Mourinyo Türkiyədə 3 oyunluq cəzalanıb.

 

Modern.az xəbər verir ki, "Fənərbağça"nın baş məşqçisi Türkiyə kubokunda "Qalatasaray"la derbidən (1:2) sonra həmkarı Okan Burukun burnundan yapışıb.

 

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi portuqaliyalının 3 oyunluq diskvalifikasiyasına qərar verib. Qurum Burukun Mourinyonu təxribata çəkdiyini düşündüyü üçün daha ağır cəza seçməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?