Modern.az

Azərbaycan daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək

Azərbaycan daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək

İdman

28 May 2025, 10:20

Azərbaycan 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək.

Modern.az xəbər verir ki, Qış İdman Növləri Federasiyasının bu turnirlərin Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanladığı müraciət müsbət qarşılanıb.

Əldə olunan nəticəyə əsasən ISMF tərəfindən yarışların "Şahdağ" Turizm Mərkəzində təşkil edilməsi ilə bağlı qərar qəbul edilib və turnirlər beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Avropa çempionatının 2026-cı ilin martın 4-8-də, Dünya Kubokunun isə martın 6-8-də "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?