Modern.az

"Neftçi” daha iki futbolçudan imtina etdi

"Neftçi” daha iki futbolçudan imtina etdi

İdman

4 İyun 2025, 13:16

"Neftçi” daha iki futbolçu ilə yolları ayırıb. 

Modern.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Robert Bauer və Rafael Quzzo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Klub hər iki iki futbolçuya gələcək karyeralarında uğurlar arzulayıb.

Hər iki futbolçu  "Neftçi"yə 2024-cü ilin yayında keçmişdi. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?